Dünya

Nigeriyada difteriya yayıldı, onlarla ölü var

Nigeriyada difteriya yayıldı, onlarla ölü var

Nigeriyada difteriya onlarla insanın ölümünə səbəb olub.

Bubarədə Nigeriya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin baş direktoru İfedayo Adetifa bildirib.

"Biz Laqos, Kano, Osun və Yobe ştatlarında difteriya halları ilə bağlı məlumat əldə etmişik", - Nigeriyanın "Punch" qəzeti məlumat yayıb.

Adetifa virusa yoluxanların sayını açıqlamayıb. Öz növbəsində, Kano əyalətinin səhiyyə departamentinin rəhbəri Aminu Canyava 25 nəfərin öldüyünü və daha 70 nəfərin yoluxduğunu bildirib.

Hakimiyyət orqanları difteriyanın daha da yayılmasının qarşısını almaq üçün tədbirlər görür.

NE
Nihadə Eyyubova