Sosial Özəl

Deputat: “Azercell” kimi operatorlar bəzən vətəndaşların savadsızlığından istifadə edirlər

Deputat: “Azercell” kimi operatorlar bəzən vətəndaşların savadsızlığından istifadə edirlər

“Ölkəmizdə mobil operatorların vətəndaşları bu və ya digər şəkildə aldatdıqlarını şahidi olmuşam”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

“Bu işlərlə birbaşa “Azercell” və digər mobil şəbəkələr məşğul olur. Bəzən məhz onların himayəsi altında ayrı-ayrı şirkətlər yaradılır və bu şirkətlərdə olanlar da vətəndaşları aldadırlar. Məsələn, aldadıcı mesajlar və xəbərdarlıqlar göndədirirlər. “Azercell” kimi mobil operatorlar bəzən vətəndaşların savadsızlığından istifadə edirlər. Həmçinin, dil bilgisinə uyğun olmamasını görərik. Müəyyən reklam çarxları düzəldirlər. Vətəndaş bilmədən sevinir və ona “hə” düyməsini basır. "Hə" düyməsini də basan kimi balansından vəsait silinir, daha sonra isə bu vəsait hər ay silinməyə başlayır. Bunlar təbii ki, mədəni fırıldaqlardır. Həmişə buna qarşı mübarizə aparmağa çalışmışam. Hesab edirəm ki, bu tip yanaşmaları aradan qaldırmaq lazımdır.

Bilirsiniz ki, mobil operatorlar indi telefon danışıqlarından o qədər pul qazana bilmirlər. Çünki hər kəs internet üzərindən vatsapla, skaypla danışır. Yəni, onların qazancları bu sahədə xeyli zəifləyib. Ona görə də, mobil şirkətlər qeyri-qanuni yollarla pul qazanmağa çalışırlar. Yaxşı olardı ki, onlar mobil internet üzərindən göstərilən xidmətlərin sayını, həcmini, miqyasını artırsın. Çünki dünya bu gün internet dünyasına doğru gedir. Ona görə də, mobil operatorlar artıq başqa yöndə fəaliyyətlərini təkmilləşdirməlidir. Sadəcə olaraq, müəyyən investisiyalar cəlb edib sərmayələr yatırmaq lazımdır ki, o xidmətləri Azərbaycana gətirsinlər və mövcud xidmətlərin maştabını genişləndirsinlər”.

Nəzrin Demokrat.az

D
demokrat.az