Dünya Özəl

Doqquz ölkə Ukraynaya görünməmiş müdafiə dəstəyi verəcək

Doqquz ölkə Ukraynaya görünməmiş müdafiə dəstəyi verəcək

Doqquz ölkəRusiyanın təcavüzünü dəf etmək və Ukraynaya görünməmiş hərbi dəstək verəcəklərini öhdəsinə götürür.

Bu barədə Estoniya, Böyük Britaniya, Polşa, Latviya, Litva müdafiə nazirləri və Danimarka, Çexiya, Hollandiya və Slovakiya nümayəndələrinin “Tallin öhdəlikləri” adlananbirgəbəyanatında deyilir.

"Birlikdə Rusiya qüvvələrini Ukrayna ərazisindən çıxarmağa kömək üçün dəstəkləməyə davam edəcəyik. Müttəfiqləri və tərəfdaşları bir araya gətirməklə, qlobal hərbi dəstəyin artımının mümkün qədər strateji və koordinasiyalı olmasını təmin edəcəyik.Biz kollektiv şəkildə Ukraynanın müdafiəsi üçün tanklar, ağır artilleriya, hava hücumundan müdafiə, sursat və piyada döyüş maşınları da daxil olmaqla, görünməmiş ianələrin çatdırılması üçün səy göstərməyə sadiqik. Ukraynaya dəstəyi dərhal artıracağıq, - bəyanatda deyilir.

Eyni zamanda, bu "Tallin öhdəliklərini" təsdiqləyən doqquz ölkə sabah, yanvarın 20-də Ramşteyn aviabazasında Ukraynanın Müdafiə Məsələləri üzrə Təmas Qrupunun ("Ramşteyn-8") görüşünə gedir. Bu ölkələr Ukraynanın 2023-cü ildə döyüş meydanında ən qısa zamanda qələbəsini təmin etmək üçün öz töhfələrini verməyə çağırırlar.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova