İran Xarici İşlər Nazirliyi keçmiş müdafiə naziri Əlirza Əkbərinin edamı ilə bağlı Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatına reaksiya verib.
Demokrat.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
İran XİN Böyük Britaniyanı şahzadə Harrinin 25 əfqan vətəndaşını qətlə yetirməsinə görə səssiz qalmaqda ittiham edib. Rəsmi Tehran Britaniyanın insan haqlarını müdafiə etmək iqtidarında olmadığını vurğulayıb.
Böyük Britaniya hökuməti buna görə sərt açıqlamalar verib və İngiltərənin xarici işlər naziri Ceyms Kleverli edamı pisləyib və bu məsələyə susmayacaqlarını açıqlayıb.
Xatırladaq ki, Böyük Britaniyaya casusluqda ittiham olunan İranın keçmiş müdafiə nazirinin müavini Əlirza Əkbəri yanvarın 14-də edam edilib. O, Britaniya kəşfiyyatına casusluq edərək ölkənin təhlükəsizliyinə qarşı geniş fəaliyyət göstərməkdə ittiham olunub. Onun Britaniya hökumətindən 1805 min avro, 265 min ingilis funtu və 50 min ABŞ dolları aldığı bildirilir. Həmçinin, Əkbərinin ikili vətəndaşlığı olub - İran və Britaniya.
Jalə Demokrat.az


