Siyasət

Çavuşoğlu Abdullahiyanla "3+3" və Azərbaycan-Türkiyə-İran formatlarını müzakirə edib

Çavuşoğlu Abdullahiyanla 3+3 və Azərbaycan-Türkiyə-İran formatlarını müzakirə edib

Cənubi Qafqazın stabilliyi hər birimiz üçün önəmlidir.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə Ankarada keçirilən birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, iranlı həmkarı ilə “3+3” və Azərbaycan-Türkiyə-İran formatları çərçivəsində görüşlərin keçirilməsini müzakirə edib.

Nazir, Cənubi Qafqazda həyata keçiriləcək infrastruktur layihələrin hər kəs üçün xeyirli olacağını da əlavə edib.

NE
Nihadə Eyyubova