Polşa və Belarus sərhədi yaxınlığında iki nəfərin qalıqları tapılıb.
Demokrat.az bu barədə RMF24-ə istinadən xəbər verir. Məlumata görə, ehtimal olunur ki, həmin cəsədlər qanunsuz miqrantlara aiddir.
Podlaski Voyevodalığının Bialovieza bölgəsində hərbçilər Belarusla sərhəd xəttinə qədər bir neçə kilometr uzanan bataqlıqda bir nəfərin cəsədini tapıblar. Daha sonra sərhədçilər təxminən eyni yerdə daha bir ölü tapıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları burada daha çox insanın ölə biləcəyini ehtimal edərək ərazidə axtarışları davam etdirirlər.
Hələlik polis və prokurorluq ölənlərin Belarus ərazisindən gələn qeyri-qanuni miqrantlar olduğunu təsdiqləməyib.
Həsən Demokrat.az


