İYİ Partiya sədri Meral Akşener xəstəxanaya yerləşdirilib.
Demokrat.az bu barədə DHA-ya istinadən xəbər verir.
Məlumata görə, partiya sədri ürək döyüntüsündə ritm pozğunluğu səbəbi ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, M.Akşener İYİ Partiyasının qurucu sədridir. O, 2018-ci ildə Türkiyədə keçirilən Prezident seçkilərində öz namizədliyini irəli sürmüşdü.
Partiya bu il yayda Türkiyədə təşkil olunacaq Prezident seçkilərində öz namizədliyini irəli sürmək niyyətindədir. 
Zamiq Demokrat.az


