Siyasət Özəl

“Biz ermənilərə işarə göndərdik ki, orada normal şəraitdə yaşamağınız Azərbaycandan asılıdır” — Fikrət Sadıqov

“Biz ermənilərə işarə göndərdik ki, orada normal şəraitdə yaşamağınız Azərbaycandan asılıdır” — Fikrət Sadıqov

“Düşünmürəm ki, Xankəndi-Şuşa yolundakı aksiyanın nəticəsi olmadı”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq diplomat, politoloq Fikrət Sadıqov deyib. Siyasi şərhçi əlavə edib ki, ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası hər zaman dinc məqsəd daşıyıb:

“Hesab edirəm ki, bu aksiya nəticəsində Ruben Vardanyanın bizim torpaqlarda sərvətlərimizi talan etmək, mədənlərimizdə hansısa işləri görmək məsələsinə son qoyuldu”.

“Hazırda bizdə olan informasiyalara əsasən orada müəyyən qanunsuz işlər dayandırılıb. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, biz orada yaşayan erməni əhalisinə birmənalı şəkildə işarə göndərdik ki, sizin orada normal şəraitdə yaşamağınız Azərbaycandan asılıdır. Yəni, biz bütün ora Qızl Xaç, sülhməramlılar, təcili yardım maşınları və s. buraxırıq. Amma, bu heç də o demək deyil ki, siz orada hansısa bir müstəqil dövlət kimi inkişaf etdirəcəksiniz. Bu, mümkün də deyil. Ümumiyyətlə, Azərbaycan həmin istiqamətdə ciddi addımlar atır. Bütün addımlarımızı beynəlxalq dünyaya yayırıq” - deyə politoloq vurğulayıb.

Nəzrin Demokrat.az

D
demokrat.az