Bu gün Müstəqil Azərbaycanını ilk müjdəçilərindən biri olan "Səs" qəzetinin 32 yaşı tamam olur. Xalqımız üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gələn mətbuat orqanı həmin dövrdə çox ağır sınaqlardan çıxdı.
Xatırladaq ki, həmin ərəfədə ölkəmiz Ermənistanın işğal və soyqırım təcavüzünə məruz qalmışdı, həmçinin yüz minlərlə vətəndaşımız öz doğma torpaqlarından qaçqın-köçkün düşmüşdü. Yəni, ölkədə ağır sosial-iqtisadi vəziyyət hökm sürürdü. Həmçinin, mətbuatda güclü senzura mövcud idi. Belə bir ağır dövrdə "Səs" kimi müstəqil qəzetin fəaliyyətə başlaması çox cəsarət və fədakarlıq tələb edirdi. Lakin qəzetin yaradıcıları bu işin öhdəsindən gəlməyi bacardılar.
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev Demokrat.az-a açıqlamasında belə bir tarixi, cəsarəti, mövqeyi, mübarizliyi, özünəməxsus dəst-xətti, ənənəsinə sadiqliyi ilə seçilən və məktəb yaratmış bir qəzetdə çalışmağın qürurverici olduğunu bildirib:
"Səs" qəzeti fəaliyyətinin 32 illik dövründə elə də asan görünməyən yollar keçib. 44 günlük Vətən müharibəsində də deyərdim ki, ən fəal mətbu orqanı olaraq seçildi. "Səs"in səhifələrində Azərbaycanın müstəqillik tarixi yatır.
Qeyd edim ki, AXC-Müsavat hakimiyyəti illərində qəzetimizə qarşı davamlı basqılar, hücumlar oldu. Hətta bir neçə dəfə qəzetin redaksiyasına silahlı hücumlar, sui-qəsdlər təşkil olunmuşdu. Həmçinin, yaradıcı heyətə xəsarətlər yetirilmişdi. Ancaq bütün bunlara baxmayaraq, nəşr öz fəaliyyətini dayandırmadı, əksinə öz fəaliyyətini daha əzmkarlıqla davam etdirdi, "Səs"i bütün dövrlərdə öz ailəsi bilən və dövlətçiliyə yorulmadan xidmət edən hər kəsə, kollektivimizə bu müqəddəs işdə yeni-yeni uğurlar, nailiyyətlər arzulayır. Oxucularımıza bu 32 ildə bizə dəstək göstərdiklərinə görə minnətdaram.
Qeyd edim ki, "Səs" qəzetini öz kəlamları ilə tarixləşdirən ulu öndər Heydər Əliyev, fəaliyyətini stimullaşdıran isə İlham Əliyevdir".
Aynurə Demokrat.az


