İdman Özəl

“Beşiktaş”ın hücumçusu “Mançester Yunayted”ə keçir

“Beşiktaş”ın hücumçusu “Mançester Yunayted”ə keçir

İngiltərə nəhəngi "Mançester Yunayted" "Beşiktaş"ın hücumçusu Vut Veqorstu heyətinə qatmağa çox yaxındır.

Demokrat.az "Fanatik"ə istinadən xəbər verir ki, ingilislər niderlandlı forvardı transfer etmək üçün önəmli addım atıblar.

Məlumata görə, təcrübəli hücumçunu almaqda israrlı olan “Mançester Yunayted” danışıqlardan müsbət nəticə əldə edib. Artıq tərəflər arasında razılıq əldə olunub.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2022-ci ilin yayında İngiltərənin "Börnli" klubundan "Beşiktaş" keçib. Veqorst İstanbul klubunun forması ilə 16 oyuna çıxıb və rəqib qapılarına 8 dəfə yol tapıb.

Zamiq Demokrat.az

D
demokrat.az