"Ermənistan qanunsuz siyasətlərinı həyata keçirmək üçün bəhanə axtarırlar. Yəni, çətir axtarırlar ki, onları gerçəkliyin acı rüzgarından qorusun".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə son günlər Ermənistanda antirusiya əleyhinə keçirilən aksiyalara münasibət bildirərkən deyib.
"Ermənilər ümid edirdilər ki, ruslar onları Azərbaycana qarşı müdafiə edəəcklər və Azərbaycan torpaqlarını tutacaqlar. Həmçinin, azərbaycanlıların hüquqlarını tapdalayacaqlar. Ancaq Rusiya onları müdafiə etmir. Əvvəkcə qızışdırdı saldı onları çirkin oyuna. Bütün imtiyazları əldə edəndən sonra onları qəfəsə saldı və qırağa çəkildi. İndi Azərbaycan öz hüquqlarını geri alanda inciyirlər ki, niyə ruslar bizi müdafiə etmir. Yəni, aksiyaların keçirilməsinin çox sadə izahı var".
Nəzrin Demokrat.az


