Gündəm Özəl

“Bu aksiya artıq yekunlaşmalıdır, tələblərimizi qulaqardına vururlar ” — Polkovnikdən İLGİNC AÇIQLAMA

“Bu aksiya artıq yekunlaşmalıdır, tələblərimizi qulaqardına vururlar ” — Polkovnikdən İLGİNC AÇIQLAMA

"Xankəndi-Şuşa yolundakı aksiyanı artıq yekunlaşdırmaq lazımdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib. Hərbi ekspert qeyd edib ki, bu aksiya sonsuza qədər davam edə bilməz:

"Artıq vətəndaşlarımız orada lazım olan fikri çatdırdılar və lazım olan şəxslərə sözünü dedilər. Təəssüflər olsun ki, biz qarşı tərəfdən hansısa əməli addım görmədik. Ona görə, biz bu məsələni uzada bilmərik. Aksiya prinsip etibarilə öz nəticəsinə o vaxt çata bilər ki, bizim qoyduğumuz tələblər yerinə yetirilsin. Bu tələblərimizi qulaqardına vururlar və öz bildiklərini edirlər. Bunu belə sonsuza qədər davam etdirə bilmərik. Yəni, bəzən bizi hədəfə gətirirlər. BMT Təhlükəsizlik Şurasının iclasında, o cümlədən digər yerlərdə şoular düzəldirlər. Guya bunlar acından qırılırlar, hansısa humanitar fəlakət var. Heç bir şeyi yoxdur! Bunlar sadəcə olaraq oyun oynayırlar. Bu oyun da bitməlidir. Düşünürəm ki, yaxın günlərdə bununla bağlı konkret bir addım atılmalıdır. İnsanlar nə vaxta qədər onlara izah etməlidirlər ki, bu, Azərbaycanın torpaqlarıdır, sərvətləridir. Təəssüf ki başa düşmək istəmirlər və öz bildiklərini edirlər".

Aynurə Demokrat.az

D
demokrat.az