“Ötən il 2023-cü ildə veriləcək bir sıra rəsmi qərarlarla bağlı məlumatlar ictimaiyyətə açıqlanmışdı. Son günlər insanları ən çox maraqlandıran mövzulardan biri isə açıqlanan rəsmi qərarlar, maaş və təqaüdlərin ehtimal olunan artımı ilə bağlıdır. Qeyd edim ki, təqaüdlər 10-12 faizdən 15 faizədək indeksasiya olunacaq”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.
Deputat qeyd edib ki, inflyasiyanı 6-7 faiz ortalamasında saxlamaq mümkün olsa, bir çox maliyyə problemləri kökündən həll olunacaq. O, inflyasiyanı qeyd olunan səviyyədə saxlamaq üçün yerinə yetirilən tədbirlərlə bağlı da məlumat verib:
"Əsas tədbirlər mikrokiçik və orta sahibkarlığın sürətlə inkişafı sahəsindədir. Vergi sistemində böyük dəyişikliklərin olması bunun üçün ən önəmli addımlardandır. Dövlətin ənənəvi tədbirləri də hər zaman olduğu kimi davam edir".
Aysun Demokrat.az


