Dünya Özəl

"Rusiya Ukraynanı tərk etməlidir" — Podolyakdan atəşkəs bəyanatına REAKSİYA

Rusiya Ukraynanı tərk etməlidir — Podolyakdan atəşkəs bəyanatına REAKSİYA

Ukrayna Prezident Aparat rəhbərinin müşaviri Mixail Podolyak qeyd edib ki, Rusiya ilə müvəqqəti barışıq mümkündür, çünki Ukrayna yad torpaqlara hücum etmir və dinc əhalini öldürmür, sadəcə işğalçıları məhv edir.

Bu barədə o,Twitter -də yazıb.

"Birincisi, Ukrayna Rusiya Federasiyası kimi xarici ərazilərə hücum etmir və mülki əhalini öldürmür. Ukrayna yalnız öz ərazisində işğalçı ordunun üzvlərini məhv edir. İkincisi, Rusiya Federasiyası işğal olunmuş əraziləri tərk etməlidir, yalnız bundan sonra müvəqqəti atəşkəs başlaya bilər".

"Vladimir Putinin Milad bayramında guya atəşkəs haqqında qərarı sırf təbliğat jesti və Ukraynanı danışıqlara məcbur etmək üçün bayağı hiylədir"-Podolyak qeyd edib.

“Əlbəttə, bu, sırf təbliğat jestidir.Və başqa heç nə.Rusiya əlavə səfərbərlik həyata keçirmək, işğal olunmuş ərazilərdə genişmiqyaslı istehkamlar tikmək və ordunu yenidən qruplaşdırmaq üçün vaxt qazanmaq istəyir. Ona görə də standart informasiya hiylələrindən istifadə olunub”, - deyə o vurğulayıb.

Bundan əlavə, o bildirib ki, Rusiya müharibədə humanist yanaşmalar göstərmək istəyir və yenə də avropalıları inandırmağa çalışır.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova