"Bu ilin proqramına uyğun olaraq 114 yeni yaşayış massivinin və yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulmuşdu".
Demokrat.az xəbər verir ki, bunu SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib. Qurum rəsmisi qeyd edib ki, yaşayış məntəqələrinin 90 faizində artıq işlər yekublaşıb:
"Qalan 10 faizin də isə gələn ilə yekunlaşacaq. Həmçinin, qeyd edim ki, Böyük Qayıdış proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərimizdə yeni işlərin görülməsi nəzərdə tutulub. Belə ki, proqram çərçivəsində müəyyənişğaldan azad olunmuş ərazilərdə qaz şəbəkəsinin, magistral şəbəkələrin qurulması planlaşdırılır. Qeyd edək ki, layihələrdə yaşayış məntəqələrinə qədər daşıyıcı qaz kəmərləri çəkiləcək".
Aynurə Demokrat.az


