Dünya Özəl

Fransız həkimlər maaşların ikiqat artırılmasını tələb edirlər

Fransız həkimlər maaşların ikiqat artırılmasını tələb edirlər

Fransalı həkimlər maaşların iki dəfə artırılması tələbi ilə bir həftəlik tətiləbaşlayıblar.

Demokrat.az xarici mətbuata istinadən bildirir ki, həkimlər dekabrın 26-dan yanvarın 2-dək xəstələrin müalicəsini dayandıracaqlarını vəd edirlər.

"Həkimlər bazar ertəsi günündən etibarən, qəbul haqqının 25 avrodan 50 avroya qaldırılmasını, həmçinin iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər", -BFMTV telekanalının məlumatında deyilir.

Qeyd edək ki, noyabrın 29-da Parisdə psixiatrlar da böhrana görə tətilə çıxıblar.Onlar xəstələrin müalicəsi üçün kadr və pul çatışmazlığından şikayətləniblər.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova