Sosial

Bu obyektlərdə nöqsanlar aşkarlandı — FOTOLAR

Bu obyektlərdə nöqsanlar aşkarlandı — FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən31 ticarətmüəssisəsi və20 ictimai iaşəmüəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə23müəssisədə nöqsanlar müəyyən olunub.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı19, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı8, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı3,qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı8, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı2nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilib.

NE
Nihadə Eyyubova