Dünya

Okeanda iki gəmi toqquşub - İtkin düşənlər var

Okeanda iki gəmi toqquşub - İtkin düşənlər var

Sakit okeanda Yaponiyaya məxsus iki gəmi toqquşub.

Demokrat.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Qəza nəticəsində gəmilərdən biri batıb.

Batan gəminin göyərtəsində olan 5 nəfər heyət üzvündən 4-ü itkin düşüb. Yalnız gəminin kapitanı xilas edilib.

İlkin məlumata əsasən, qəzaya qatı duman səbəb olub. Hazırda itkin düşən şəxslərin axtarışları davam etdirilir.

D
demokrat.az