Pentaqon yaxın vaxtlarda ukraynalılardan ibarət şəxsi heyətə “Patriot” raket sisteminin istismarı və texniki xidməti üzrə təlimlərə keçəcək.
Demokrat.az-ın CNN-nə istinadən xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi məlumat verib.
Bildirilib ki, Ukrayna hərbçilərinin "Patriot" raket sistemləri ilə işləmək üçün təliminə çox tezliklə başlanmalıdır.
Vəzifəli şəxs indiyədək ABŞ-ın 3100-ə qədər ukraynalı hərbçiyə müxtəlif sistemlərlə işləmək üçün təlim keçdiyini qeyd edib.
Onların təxminən yarısı Silahlı Qüvvələr üçün indiyədək çox vacib olan iki sistem olan M777-lərin və ya HIMARS reaktiv yaylım atəş sistemlərinin istifadəsi üzrə təlim keçiblər.
Həmçinin, Ukrayna ordusunun şəxsi heyətinə müxtəlif növ artilleriya, pilotsuz uçuş aparatları və digər sistemlər də öyrədilib. Pentaqon, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri zamanı rəsmən elan edilmiş “Patriot” raket sisteminin istismarı və texniki xidməti üzrə ukraynalı personala təlimə başlayacaq.
Arzu Demokrat.az


