“Ekoloji aksiya çox mükəmməl təşkil olunub. Azərbaycan bütün dünyanın gözü qarşısında bir sülh sınağı verməkdədir”.
Demokrat.az-ın xəbərinə görə, bu sözləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Real TV-də efirində "Real intervyu" verilişində qonaq olarkən deyib.
Tanınmış jurnalist qeyd edir ki, orada sülh çağırışları edilir:
“Yəni, sərvətlər talan olunmasın. Azərbaycanın zənginlikləri, Qarabağın zənginlikləri məhv edilməsin. Hansısa bir neçə şəxsin timsalında sərvət toplama vasitəsi olub, tamamilə sıradan çıxarılmasın. Eyni zamanda, bu fürsətdən istifadə edilərək, Qarabağdakı sadə ermənilərə barış əli uzadılır. Bu sərvətləri biz bir yerdə qorumalıyıq. Bu, burada yaşayanların sərvətidir”.
Zamiq Demokrat.az

