Mədəniyyət Özəl

Mədəniyyət Nazirliyi Xalq artistinin şikayətini niyə baxmır?

Mədəniyyət Nazirliyi Xalq artistinin şikayətini niyə baxmır?

Azərbaycanın Xalq artisti, görkəmli kino aktyoru Ənvər Həsənovun səhhətində problemlər var. Bu barədə bir müddət öncə aktyorun qızı məlumat vermişdi. Həmçinin, Xalq artistinin uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkdiyi barədə də mediada məlumatlar öz əksini tapmışdır.

Xalq artisti Ənvər Həsənov, “Uşaqlığın son gecəsi”nin Muradı, “Yeddi oğul istərəm”in Cəlalı öz səhhəti ilə bağlı sosial media paylaşım edib:

“Çoxları dedi ki, guya mənə maddi dəstək olublar, yalan sözdür. Öz dərmanlarımı, xəstəxana xərclərimi özümüz çəkmişik. Xalq artisti fəxri adına görə aldığım 180 manat pulla dolanıram. Bu pul kommunal xərclərimi güclə qarşılayır. Dərman ala bilmirəm. Həkim müayinəsindən keçməliyəm, amma maddi imkanım buna imkan vermir ki, xəstəxanaya gedim. Mən heç kimdən yardım istəmirəm, öz halal haqqımı tələb edirəm. Ömrümü, canımı kinoya, sənətə həsr etdim, amma çox tez unuduldum. Sanki mənim adda aktyor heç yox imiş. Məni silib atıblar. Bu laqeydlik məni sındırıb. Hər kəsdən incik salıb. Adam utanır, vallah. Nəyə lazımdır o xalq artisti adı? Axı bu adam bizim kinonun simvollarındandır…"

Mədəniyyət Nazirliyi Xalq artistinin məsələsi ilə bağlı müraciətin daxil olduğunu təsdiqlədi. Nazirlikdən Demokrat.az-ın sorğusuna qısa cavab verməklə kifayətləndilər:

"Bu sorğu bizə bu yaxınlarda daxil olub. Hələki bununla bağlı mövqe bizə təqdim olunmayıb. Təkrar aidiyyəti şöbəyə xatırlatma edərik".

Nəzrin Demokrat.az

D
demokrat.az