Xəyanətkar olduğuna şübhə yeri qalmayan Nəcməddin Sadıqov ortaya çıxdı və həyasızcasına özünü müdafiə etdi. Keçmiş Baş Qərargah rəisi, müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucovun onu haqqında səsləndirdiyi fikirlərə belə cavab verib: “Kimdir o? Kimdir, Elbrus Orucov? Bəsdirin, əl çəkin məndən, öz işinizlə məşğul olun. Məni əsəbləşdirməyin, bu şeyləri də yığışdırın!”.
Əslində, bu xəyanətkarın sözləri təkcə E.Orucova yox, bütün Azərbaycan xalqınadır. Sadıqov bütün cəmiyyətə mesaj verir ki, “məni əsəbləşdirməyin, bu söz-söhbəti yığışdırın”.
Axı necə yığışdıraq bu məsələləri, bu xəyanətlərə necə göz yumaq?! 
44 günlük Vətən müharibəsində daha çox şəhid verməyimiz üçün də Sadıqov əlindən gələni etdi. Təbii ki, bu cür informasiyalar dövlət sirri olduğu üçün tirajlanmır, lakin döyüş iştirakçılarının sonradan danışdıqları da bir daha təsdiqləyir ki, Nəcməddin Sadıqov müharibənin ilk 10 günü ərzində ordumuza qarşı əlindən gələn xainliyi edib. 
Anlayırıq, dövlətin Sadıqova hələ toxunmamasının səbəbləri var. Dövlət hər şeyi vaxtında edir, nə tez, nə gec. Görünür, Sadıqov da hələ layiqli cəzasını almadığı üçün danışa, bu cür başından böyük çağırışlar edə bilir. Amma nə dövlət, nə xalq onun xəyanətlərini unutmayıb və bir gün mütləq ən ağır formada cəzasını çəkəcək. Əli qana batmış xəyanətkar mütləq cavabını alacaq.
Vaqif Hüseynli Demokrat.az


