“Ümumiyyətlə, Azərbaycan Qarabağın separatistləri və ya hər hansı bir qurumu ilə danışıq aparmamalıdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri daha sonra bir sıra məqamlara toxunub.
“Dövlətimiz Qarabağda Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən tək-tək ermənilər var ki, onlarla danışa bilər. Bütünlüklə, guya Dağlıq Qarabağ icmasını təmsil edən hansısa qurumla Azərbaycan rəsmi və ya qeyri-rəsmi formada heç bir danışıqlar apara bilməz. Çünki belə bir danışıqlar əks tərəfi tərəf kimi, həm də beynəlxalq hüququn subyekti kimi qəbul etmək demək olar. Bu da çox yanlışlıq olar. Ona görə də, düşünürəm ki, Azərbaycan nə Vardanyanla, nə də Arayiklə, nə də kimləsə danışmamalıdır. Sadəcə olaraq hər bir erməni vətəndaşı Azərbaycan hökumətinə müraciət edib, özünün problemləri ilə bağlı, Azərbaycan dövlətinin vətəndaşı kimi hüquqları ilə bağlı istənilən, dövlət orqanlarında digər Azərbaycan vətəndaşları kimi qəbul olub, öz problemlərini həll edə bilər”.
S.Cəlaloğlu ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda keçirdiyi etiraz aksiyası yüksək dəyərləndirdiyini diqqətə çatdırıb:
“Bu dinc aksiyanı demokratik mübarizənin ən gözəl üsullarından biri hesab edirəm. Fikrimcə, bu istiqamətdə cəhdlərimiz davam etdirilməlidir. Bir azdan Xankəndidə yaşamalı olan azərbaycanlılar da ora yürüş etməlidir. Beləcə, demokratik üsulla həm rus sülhməramlıları Xankəndi iqtisadi zonasında çıxarılmalıdır, həm də erməni separataçıları. Dağlıq Qarabağ da addım-addım Azərbaycan suverenliyinə qayıtmalıdır”.
Aynurə Demokrat.az


