Dünya

Ukraynaya hərbi yardım üçün əlavə 2 milyard avro ayrıldı

Ukraynaya hərbi yardım üçün əlavə 2 milyard avro ayrıldı

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri 2023-cü ildə Avropa Sülh Fonduna ayrılan maliyyənin 2 milyard avro artırılması barədə razılığa gəliblər. Modern.azxəbər verir ki, bu barədə Aİ-nin baş diplomatı Cozep Borrel məlumat verib. Qeyd olunan Fondun vəsaiti Ukraynaya hərbi yardım göstərmək üçün nəzərdə tutulub. 2027-ci ilə qədər fondun maliyyə həcminin ümumi artımı 5,5 milyard avroya qədər olacaq. "Bu qərar bizə tərəfdaşlarımızın silahlı qüvvələrinə hərbi dəstəyi davam etdirməyə imkan verəcək", - Borrel bildirib. Avropa Sülh Fondu Avropa Şurası tərəfindən 22 mart 2021-ci ildə yaradılıb. Fondun maliyyələşdirilməsi Aİ-yə üzv dövlətlərin yardımları hesabına həyata keçirilir. Hazırda Aİ fondunun vəsaitinin yarıdan çoxu Ukraynaya hərbi yardım üçün ayrılıb.

NE
Nihadə Eyyubova