Kriminal Özəl

Sumqayıtda qonşuların içki məclisində qanlı dava — TƏFƏRRÜAT

Sumqayıtda qonşuların içki məclisində qanlı dava — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1964-cü il təvəllüdlü Tofiq şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qonşusu Zaura (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Novxanı bağlar massivi M.Hüseynzadə küçəsində baş verib. Tofiq qonşusu Tofiqlə mübahisə edib və mübahisə zamanı bıçaqla vurub.

İstintaq orqanı tərəfindən Tofiqin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tofiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qonşuluqda yaşayan və onunla birlikdə işləyən Zaurla dənizdə çimiblər: “Sonra nahar etməkdən ötrü Zaur məni öz evlərinə dəvət etdim. Mən də etiraz etməyərək evinə getdim. Həmin vaxt onun evində heç kim olmayıb. Birlikdə evdə bişirilmiş yeməkdən həyətdə oturaraq yedik, spirtli içki qəbul etdik. Sonra Zaur məni evə yola saldı”.

Təqsirləndirilən şəxsin sözlərinı görə, bundan sonra saat 21 radələrində evdən çölə çıxıb: “Həmin vaxt gördüm ki, Zaur pivə içir. Ona yaxınlaşaraq niyə məndən xəbərsiz pivə içdiyini dedim. Zaur da yaxşı etdiyini, getməyimi dedi, məni söyərək təhqir etdi. Mən də dəniz kənarına getməyə başladım. Zaurun söyüb təhqir etməsi mənə pis təsir etdi. Əsəbləşərək Zauru çağırdım və ona sözümün olduğunu bildirdim. Zaur isə mənə fikir vermədi və öz yoluna getməyə başladı. Arxadan ona çatdım və əlimdə olan bıçaqla onun sol qasıq və böyrək nahiyəsindən 2 dəfə vurdum. Zaur da məni itələdi. Mənim başım daş hasara dəyərək yerə yıxıldım. Ayağa qalxaraq yenidən onun üstünə getdim, bıçaqla vurdum. Sonra öz yoluma getdim”.

Cinayət işi üzrə zərərçəkmiş Zaur isə deyib ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi zərər ödənilib. Onun sözlərinə görə, bu səbəbdən təqsirləndirilən şəxslə barışıb. O, təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını deyib.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zaman təqsirləndirlən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasının nəzərə alıb.

Məhkəmə Tofiqin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az