Sosial

Bu rayona təbii qazın verilişi dayandırılacaq

Bu rayona təbii qazın verilişi dayandırılacaq

Biləsuvar rayonunda təbii qazın verilişi üçgün müddətinə dayandırılacaq.

Bu barədə “Report”un Muğan bürosuna rayon icra hakimiyyətindən məlumat verilib.

Bildirilir ki, dövlət proqramı çərçivəsində təbii qazın həcminin qəbul edilməsini, əhaliyə fasiləsiz və təhlükəsiz çatdırılmasını təmin etmək üçün “Astara-Qazməmməd” magistral qaz kəmərində aparılan təmir və yeni çəkilmiş boru hissəsinin mövcud qaz kəmərinə qoşulması işlərinə görə13-15 dekabr tarixlərində qaz təchizatında fasilə yaranacaq.

NE
Nihadə Eyyubova