İdman

“Ronaldo ilə bağlı xəbərlərdən bezmişik”

“Ronaldo ilə bağlı xəbərlərdən bezmişik”

Portuqaliya millisinin əsas hücumçularından olan Joa Feliks komandanın lideri Kriştianu Ronaldo ilə bağlı söhbətlərin sıxıcı duruma gəldiyini deyib.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bütün diqqətlərini bu gün keçiriləcək oyuna yönəltmək istıdiyini bildirib: “Bütün portuqaliyalılara və mediaya mesaj vermək istəyirəm. Portuqaliya böyük rəqabətdədir, düşünürəm ki, hamımız birləşməliyik və mövcud ab-havanı pozmamalıyıq. Dünya çempionatından başqa şeylərə diqqət yetirməliyik. Ronaldo ilə bağlı xəbərlərdən bezmişik".

Portuqaliya bu axşam Dünya Çempionatının 1/4 finalında Mərakeşlə qarşılaşacaq.

Qeyd edək ki, ötən matçda Ronaldo 75 dəqiqə ehtiyatda qalmış və bu futbolsevərlərin etirazına səbəb olmuş. Məsələ mediada geniş müzakirə edilmişdi.

D
demokrat.az