Region

“Silah almaq üçün yeni bazarlar axtarırıq” — Ermənistanın müdafiə naziri

“Silah almaq üçün yeni bazarlar axtarırıq” — Ermənistanın müdafiə naziri

“Ermənistan silah almaq üçün yeni bazarlar axtarır”.

Demokrat.az bildirir ki, bu barədə müdafiə naziri Suren Papikyan İctimai Televizyaya müsahibəsində deyib.

Onun sözlərinə görə, silah alışı ilə bağlı artıq müəyyən nəticələr var. Papikyan bu barədə ətraflı danışmaqdan imtina edib.

Müdafiə naziri sərhəddə vəziyyəti “gərgin” adlandırıb. “Biz danışıqlar yolu ilə sülh istəyirik. Hökumətimizin məqsədi budur”-deyə nazir vurğulayıb

Papikyan etiraf edib ki, bü il ərzində sərhədboyu mühəndis işləri aparılıb:“Son hadisələrdən sonra bizim yeni ilkin sərhəd xətləri yaranıb. Orada da ideal olmasa da əhəmiyyətli işlər görülüb”.

D
demokrat.az