Gündəm

Kuleba bu səbəbdən Ukraynanı daha çox silahla təmin etməyə çağırdı

Kuleba bu səbəbdən Ukraynanı daha çox silahla təmin etməyə çağırdı

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, ölkənin kritik infrastrukturuna yeni zərbələr endirilməsi ilə əlaqədar ölkəsi daha çox silah tədarük etməlidir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, özünün tviter səhifəsində yazıb.

“Rusiya bizim mühüm mülki infrastrukturumuza daha çox raket atıb... Rusiya nə qədər çox hərbi cinayət törədirsə, Ukraynaya bir o qədər çox silah verilməlidir”, - Ukraynanın xarici işlər naziri qeyd edib.

Qeyd edək ki, dekabrın 5-də “Ukrenerqo” Ukraynada enerji infrastrukturu obyektlərinin zədələnməsi ilə əlaqədar elektrik enerjisinin fövqəladə kəsilməsinin başladığını bildirib.

NE
Nihadə Eyyubova