Almaniyanın "Uniper”şirkəti “Qazprom”u Rusiyadan tədarük olunan qazın itkisi ilə bağlı məhkəməyə verir.
Demokrat.az xarici mətbuata istinadən bildirir ki, “Uniper” məsələ ilə bağlı iddia qaldırıb və zərərin ödənilməsini tələb edir, çünki iyun ayından etibarən “Qazprom”dan daha az təchizat alıb.
Şirkət bunun müqabilində daha yüksək qiymətə qaz almağa məcbur olub.
Noyabrın əvvəlində Uniperbildiribki, onun ilin doqquz ayı ərzində xalis zərəri Rusiya qazının tədarükünün azalması fonunda təxminən 40 milyard avro təşkil edib.
Eyni zamanda bildirilib ki, şirkətRusiyadantədarüklərin həcminin azaldılmasını “Qazprom”un müqavilə öhdəliklərinin pozulması kimi qiymətləndirir.
Leyla Demokrat.az


