İdman Özəl

DÇ-2022: Braziliya 1/8 finala yüksəldi

DÇ-2022: Braziliya 1/8 finala yüksəldi

Futbol üzrə Dünya çempionatında "G" qrupunda ikinci turuna yekun vurulub.

Demokrat.az-ın xəbərinə görə, meydana mundialın əsas favoritlərindən biri Braziliya və İsveçrə çıxıb.

Gərgin keçən oyunun taleyini bir qol həll edib. "Sambaçılar" rəqib qapısınagörüşün 84-cü dəqiqəsində yol tapıblar. Kazemiro qaşısıalınmaz zərbə ilə çempionatda qol hesabını açıb.

Bu qələbədən sonra Braziliya 6 xal toplayaraq, mundialın 1/8 finalına yüksəlib. İki turun ardından İsveçrə iki oyuna 3 xal yığıb. Kamerun və Serbiya hərəyə 1 xalla 3-4-cü yerləri tuturlar.

DÇ-2022, qrup mərhələsi 28 noyabr, II tur G qrupu 20:00. Braziliya – İsveçrə - 1:0 Qol: Kasemiro, 83

Zamiq Demokrat.az

D
demokrat.az