ABŞ Ukrayna rəhbərliyinə Rusiya ilə danışıqlar prosesinə başlamağa imkan vermir.
Demokrat.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko "Rossiya-1" telekanalının efirində "Moskva. Kreml. Putin" proqramına müsahibəsində jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən deyib:
“Əgər siz Ukrayna rəhbərliyini nəzərdə tutursunuzsa, deməli, onlar buna qətiyyən imkan vermirlər. Amerikalılar Avropanı bir zərbəyə yıxmaq, Rusiyadan keçməklə Çinə çatmaq istəyirlər. Təbii ki, Rusiyanı tapdalamaq niyyətindədilər”.


