Futbol üzrə Dünya çempionatının "D" qrupunda bir oyun keçirilib.
Demokrat.az-ın məlumatına görə, D qrupunun ilk oyununda Danimarka ilə Tunis qarşılaşıb.
Üçüncü oyun gününə təsadüf edən qarşılaşmada Danimarka və Tunis üz-üzə gəlib. Son vaxtlar yüksəlişdə olan şimallılar görüşün favoriti sayılsa da, rəqibin müqavimətini qıra bilməyib. Mundiallarda heç vaxt qrupdan çıxa bilməyən afrikalılar bu dəfə yarışa uğurlu nəticə ilə başlayıb. Görüş qolsuz bərabərə yekunlaşıb.
DÇ-2022, qrup mərhələsi 22 noyabr D qrupu Danimarka - Tunis - 0:0
Demokrat.az


