Yeni Azərbaycan Partiyasınınyaradılmasının30 illiyi münasibətilə təşkil olunan tədbirdə iştirak etməküçünAzərbaycana gələnTürkiyə Respublikasının Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müaviniNumanKurtulmuş mərhum prezident Heydər Əliyevin məzarı, ŞəhidlərXiyabanıvə Türk Şəhidliyiniziyarət edib.
Yeni Gundem”xəbər verir ki, dahasonra mətbuata açıqlama verən Kurtulmuş 30 il əvvəl Heydər Əliyevin rəhbərliyi ilə qurulan YAP-ın ildönümündə Türkiyəninsevgisini, qardaşlığını və dostluğunu nümayiş etdirmək üçün Bakıda olduqlarını bildirib.
Kurtulmuş Türkiyə Silahlı Qüvvələrinin sərhədyanı terror əməliyyatlarınadamünasibət bildirərəkterrorla qaynağında mübarizə aparmalı olduqlarınıqeyd edib.
Türkiyənin hüdudlarından kənardauzun illərdir ölkəni narahat edən və Türkiyəyə ağır bədəllər ödətdirənbir terror qaynağının olduğunusöyləyənKurtulmuş “Təəssüf ki, bu terror təşkilatları öz başlarına deyillər.Aldıqlarımüəyyən dəstəklər var.Lojistik dəstək,siyasi dəstək,silah dəstəyivəhətta kəşfiyyat dəstəyi var.Onların Türkiyəyə zərər verməsinin qarşısını alacaq əməliyyatlar uzun müddətdir davam edir.Həm İraqın,həm də Suriyanın şimalındaharadaterror təşkilatları aşkar edilibsə,bəzənnöqtə əməliyyatları, bəzən isəiki gündür edildiyi kimi hava əməliyyatları iləbu işlərdavam etdirilir“, – deyib.
Terror təşkilatlarının bəzi qüvvələr tərəfindən vəkalətsavaşlarındabirvasitə kimi istifadə edildiyini çox yaxşı bildiklərini ifadə edən Kurtulmuş “Terrorçunun yaxşısı pisi olmaz.Heç bir ölkəöz mənfəətləri üçünterror təşkilatlarını dəstəkləməməlidir.Biz terrorizmə qarşı qətiyyətli mövqeyimizi ortaya qoymaq məcburiyyətindəyik.Bu,bizimmilli varlığımız üçün zəruridir.Eyni zamanda, biz bütün ölkələri insanlığa düşmən olan bütün terror təşkilatlarına qarşı humanitar cəbhədə həmrəy olmağa çağırırıq.Bütün ölkələr terrorla heç bir ayrı-seçkilik etmədən mübarizə aparmalıdır.
Qeyd etmək istəyirəm ki,Türkiyənin bu əməliyyatları heç vaxt qonşu ölkələrimizə zərər vurmaq məqsədi daşımır, qonşu ölkələrdəki dost və qardaş mülki əhaliyə heç bir zərər vurmur və tamamilə terror yuvalarını hədəf alan əməliyyatlardır.Ümid edirikki, bütün dünyada terror təşkilatlarına qarşı ortaq mübarizə aparılacaq.Terrorun arxasındakı dəstəklərgeri çəkilərsə,çox qısa zamanda, bir həftə, on gün ərzində dünyadaheç birterror təşkilatıqalmaz. Amma təəssüf ki,bir tərəfdəndostluq əlaqələridavam edənbəzi dövlətlərin bu terror təşkilatlarına dəstək verdiklərinigörürük”,– deyə vurğulayıb.


