Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması və təkmilləşdirilməsi çox vacibdir. Mütəxəssislər hesab edirlər ki, Azərbaycanda bu istiqamətdə mühüm işlərin görülməsinə ehtiyac var. Çünki müasir dövr elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına çağdaş dünyayla ayaqlaşmasını tələb edir. 


“Bundan başqa, şagirdlərin İT kompüter bacarıqlarının inkişafına yönəlik, ixtiraçılıq bacarıqlarına yönəlik, yəni burada müxtəlif sistem layihələri, robot texnika layihələri, startap layihələri də həyata keçirilə bilər. Şagirdlərin bu yöndə bilik və bacarıqlarının, qabiliyyətlərini inkişaf etdirəcək layihələrə də ehtiyac var. Bəzən məktəbin özünün bu cür innovativ və ixtiraçılıq istiqamətli bir layihə həyata keçirməsi çox da uyğun və imkan daxilində olmur. Amma rayonlar üzrə Elm və Təhsil Nazirliyinin, müxtəlif universitetlərin təşkilatçılığı ilə bu cür qabiliyyətli olan şagirdlərin ortaya çıxarılması düşünürəm ki, yaxşdıır. Bununla əlaqəli Azərbaycan Milli Elmlər Akademiyasının əvvəlki illərdə orta mətkəblərə yönəlik “Sabahın alimləri” yarışması var idi. Bu yarışma kifayət qədər müsbət bir rezonans doğurmuşdu. Amma bunu biraz daha kütləviləşdirmək, bu istiqamətdə dediyim kimi, həm şagirdlərin analitik düşünmə qabiliyyətini inkişaf etdirən, həm onların ixtiraçılıq qabiliyyətini, müxtəlif bilik və bacarıqlarını inkişaf etdirən layihələrin həyata keçirilməsinə ehtiyac var. Düşünürəm ki, bunlar şagirdlərin diqqət və marağını daha da artırar. Onların vətənpərvərlik istiqamətində inkişafına, eyni zamanda, müxtəlif peşə və karyera istiqamətində şagirdlərin maraq və diqqətini artıran layihələr olar”. 
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni isə Demokrat.az-a açıqlamasında bildirib ki, elm və təhsil sahəsinin inkişafını təmin edən dövlət proqramları indiyə qədər qəbul olunub. 
Təbii ki, bundan sonrakı illər üçün Azərbaycanın elm və təhsil konsepsiyası proqramı vahid bir proqram şəklində, yəni kamil bir sənəd şəklində bu müzakirələrdən sonra dövlətə təqdim olunsun. Ondan irəli gələrək hər hansı elm və təhsil sahəsində dövlət proqramı qəbul olunsun. Yəni, proses belə olmalıdır. İstənilən təklif istər nazirlik tərəfindən, istər digər qurumlar tərəfindən, istərsə də qeyri-hökumət təşkilatları, ictimaiyyət tərəfindən olan təkliflər ilk öncə müzakirə olunmalıdır. Bu müzakirələrin nəticəsi olaraq dövlət səviyyəsinə qaldırılmalı və orada ona əlavə dəyişiliklər edilməlidir. Yəni, təhsilin inkişafı ilə bağlı strateji konsepsiyası çərçivəsində də bu inkişaf təmin olunmalıdır”. 
“Ümumiyyətlə, təhsil qanunun qəbul olunması 10-15 il yubandı. Həmçinin, bununla bağlı müxtəlif bürokratik əngəllər və maneələr var idi. Onlar artıq keçdi və yeni təhsil qanunu qəbul olundu. İndi isə yeni mərhələdir. Dediyim kimi, təhsilin inkişafı konsepsiyası var. Bu təhsilin strateji inkişaf konsepsiyası da kifayət qədər bütün əsas istiqamətləri əhatə edir. Bizim bu günləri yeniləmək ehtiyaclarımız var. Düzdür, müxtəlif vaxtlarda təhsillə bağlı bir sıra müzakirələr olunub. İstər orta təhsildə, istərsə də ali təhsillə bağlı bütün problemlər dilə gətirilib. Yəni, ümumiyyətlə, ölkədə təhsillə bağlı nazir səviyyəsində də, vətəndaş səviyyəsində də təhsilin müxtəlif problemləri ortaya qoyulub. Bununla əlaqədar olaraq, bizim müvafiq orqanlara strateji inkişaf konspesiyasıyla bağlı təkliflərimiz də olub. Elm və Təhsil Nazirliyi yanında İctimai Şurada da onlar bu məsələləri müzakirə edirlər və öz təkliflərini irəli sürürlər. Yəni, demək istəyirəm ki, orada biz yeniləmək istəyiriksə, hər hansı bir yeni müddəalara nail olmaq istəyiriksə, onun bütövlükdə yenilənməsini istəyiriksə onun ictimai müzakirələri keçirilməlidir, yeni təkliflər irəli sürülməlidir. Həmçinin, paket şəklində təkliflər irəli sürülməlidir ki, o da gələcəkdə öz əksini tapsın”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
Aynurə Pənahqızı Demokrat.az


