Dünya

Şimali Koreya qısa mənzilli ballistik raket atdı

Şimali Koreya qısa mənzilli ballistik raket atdı

Şimali Koreya qısa mənzilli ballistik raket atıb.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə Yapon dənizi istiqamətinə raket fırladıb.

Raket sınağı Şimali Koreyanın xarici işlər naziri Ço Son Huinin regionda müdafiə sahəsində əməkdaşlığı gücləndirmək üçün ABŞ-Cənubi Koreya-Yaponiya ittifaqını hədəf alan bəyanatından dərhal sonra həyata keçirilib.

Qeyd edək ki, Şimali Koreya ötən aydan ardıcıl raket sınaqları ilə Koreya yarımadasında narahatlıq yaradır.

D
demokrat.az