Kriminal Özəl

Mingəçevirdə ŞOK OLAY: Gənc oğlan azyaşlı qızla evləndi, anası şikayətçi oldu — TƏFƏRRÜAT

Mingəçevirdə ŞOK OLAY: Gənc oğlan azyaşlı qızla evləndi, anası şikayətçi oldu — TƏFƏRRÜAT

Mingəçevir şəhərində 1995-ci il təvəllüdlü Pərviz yetkinlik yaşına çatmayan Nərminə (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Pərviz 2021-ci ilin martın əvvəllərində Nərminəni görərəki bəyənib. O, həmin il Nərminə ilə evlənib, yaşadığı evdə cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Pərviniz barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan olunub.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır və Ağdamın azad olunmasına görə medalla təltif edilib: “Nərminə şəxs ilə 2021-ci ili martında tanış oldum. Mingəçevir şəhəri Əkinçi küçəsi 70 saylı ev nənəmə məxsusdur və həmin evi kirayəyə verirmişik. Həmin vaxt qonşumuz Səbinə Nərmininə anası Xumara belə bir kirayə ev olduğunu bildirib. Nərminə və anası evə baxmaq üçün gələn zaman anam onu görüb, bəyənib. Mən də Vətən müharibəsində olduğum zaman anam əhd etmişdi ki, sağ-salamat gələn kimi evləndirəcəkdir. Beləcə anam mənə belə bir qızın olduğunu və onunla ailə həyatı qurmağımı istədi. Buna görə də biz el adəti ilə elçi getdik. Nərmininənin valideynlərinin razılığını aldıq”.

Təqsirləndirilən şəxsin sözlərionə görə, yaşadığı evdə toy mərasimləri baş tutub: “Həmin vaxt Nərminənin 2006-cı il təvəllüdlü, yəni azyaşlı olması haqqında məlumatım olubr. Lakin həmin vaxt anam azyaşlı qızının ərə verilməsi ilə bağlı bütün məsuliyyətin ona aid olmasını dedi. Mən ailə həyatı qurduqdan sonra Mingəçevir şəhərində əvvəllər də işlədiyim dam ustası kimi iş yerim tapa bilmədiyimdən Bakı şəhərinə qayınatam Vəli, qayınanam Xumarın yanına gedərək orada işləmək qərarına gəldim. Orada əvvəlcə taksi sürücüsü kimi icarəyə avtomobil götürdüm, lakin avtoqəza törətdim. Daha sonra isə ilkin ödəniş 800 manat, gündəlik isə 25 manat olmaqla kreditlə “Honda CİVİC” markalı avtomobil götürdüm. Həmin vaxt ilkin ödəniş üçün nəzərdə tutulmuş pulu Vəlidən borc alaraq verdim. Həmin vaxt mənim 420 manat kreditim olub və Xumar mənə 400 manat pul verərək kreditini bağlamağımı, sonra adıma kredit götürcəklərini dedilər. Mən də razılaşaraq krediti bağladım. Lakin mənə bankdan yeni kredit verilmədilər”. Pərviz bildirib ki, sonra Xumar ona verdikləri pulu tələb etməyə başlayıb: “Mən isə pulumun olmadığını dedikdən sonra Xumar mənə qarşı nalayiq ifadələr işlətdi və uşaqaları ilə birlikdə məni vurmaq üçün üzərimə atıldılar. Həmin vaxt Nərminəni də götürərək Mingəçevir şəhərinə gəldik. Nərminəni anamın yanında qoyaraq yenidən Bakı şəhərinə taksi fəaliyyəti ilə məşğul olmağa getdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, qohumları zəng edərək Xumarın Mingəçevir şəhərində yerləşən evinə gələrək qızı Nərminəni aparmaq istədiyini, buna görə aralarında mübahisə yarandığını, Xumarın da buna görə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verməsini bildiriblər. Bu cinayət işinə Mingəçevir şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Pərvizin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla şərti cəza verilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az