Sosial

Yumurtanın qiyməti qalxdı

Yumurtanın qiyməti qalxdı

Azərbaycanda kənd yumurtasının qiyməti artıb.

Oxu.Az-ın məlumatına görə, bəzi marketlərdə yumurtanın qiyməti 40 qəpik olub.

Saytın əməkdaşının baş çəkdiyi mağazalarda ağ yumurtanın qiymətinin 13-16 qəpik, kənd yumurtasınınisə 33-40 qəpik arası olduğunu müşahidə edib.

Bəzi mağazalarda isə sarı broyler yumurtaların satışına rast gəlinmir.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədriMürvət HəsənliOxu.Az-a açıqlamasında bildirib ki, kənd yumurtasının qiymətinin artması tələbatagörədir:

“Hazırda toyuqların kürt yatma dövrüdür. Bu səbəbdən kənd yumurtasının sayı azaldığına görəmarket və bazarlarda qiyməti artıb”.

D
demokrat.az