Futbol üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyununda qüvvəsini sınayacaq.
Demokrat.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Moldova yığmasının qonağı olacaq.
Paytaxt Kişinyovdakı “Zimbru” stadionunda baş tutacaq oyunu Ukraynadan olan hakimlər idarə edəcək.
Yoxlama oyunu 16 noyabr
21:00. Moldova - Azərbaycan Hakimlər: Denis Şurman, Aleksandr Jukov, Viktor Nijnik (hamısı Ukrayna), Roman Jitari (Moldova). Kişinyov. “Zimbru” stadionu. /Fanat.Az


