Kriminal Özəl

Bərdədə kafedə söyüş üstündə dava — TƏFƏRRÜAT

Bərdədə kafedə söyüş üstündə dava — TƏFƏRRÜAT

Bərdə rayonunda 1984-cü il təvəllüdlü Kazım şəxsi münasibətlər zəminində Nihada (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin avqustun 29-da, gecə saat 01 radələrində Bərdə şəhər Ü.Hacıbəyov küçəsində yerləşən kafedə baş verib. Kazım orada aralarında yaranan münaqişə zamanı Nihadı döyüb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kazım ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əvvəllər məhkum olunub və məhkumluğu ödənilib. Onun ifadəsinə görə, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur: “Zərərçəkmiş Nihadı tanıyıram. Onunla heç bir qərəzliliyi və düşmənçiliyi yoxdur”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü saat 22 radələrində Bərdə rayon Qəhramanlar parkının yanında olan kafedə dostları Xəyyam və Araz ilə yeyib içib: “Bu zaman kafeyə Nihad gəldi. Nihad bizdən kənarda oturdu və pivə içməyə başladı. Biz orada olarkən Nihad tez-tez söyüş söydü. Nihada kafedə tək olmadığını, söyüşlə danışmamasını dedim. Saat təxminən 01 radələrində Nihad yenə söyüşlə danışdığı üçün onunla aramızda mübahisə oldu. Bir qədər danışdıqdan sonra hərəmiz öz yerimizdə oturduq”.

Təqsirləndirilən şəxs bildirib ki, Nihada onunla oturanların onun qonaqları olduğunu, sonra danışacaqlarını deyib və masaya tərəf gəlib: “Masada oturduqdan sonra Nihad yenə söyüş söydü. Bu zaman Nihadın masasına qayıtdım. Ona bayaqdan neçə dəfə söyüş söyməməsini dediyimi bildirdim. Həmin vaxt Nihad söyüşü mənə söymədiyini dedş və sinəmdən itələdi. Həmin vaxt əlimin içi ilə Nohadın ağzından bir dəfə vurdum. Sonra Nihad öz masasına oturdu. Mən də hesabı verərək oradan çıxdım”.

Zərərçəkmiş Nihad isə ifadəsində təqsirləndirilən şəxslə mübahisə etdiyini, təqsirləndirilən şəxsin onu döyüb. O, ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını deyib.

Bu cinayət işinə Bərdə rayon Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Kazımın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az