Ukrayna prezidenti Volodimir Zelenski Rusiyadan bütün ukraynalı məhbusları azad etməyi tələb edib.
Demokrat. Az “France Presse”ə istinadən xəbər verir ki, o, bu bəyanatla G20 sammitinə videomüraciətində çıxış edib.
Zelenskinin yeni tələbləri arasında Zaporojye AES-də radiasiya təhlükəsizliyinin bərpası, Rusiyanın enerji resurslarına qiymət artımının tətbiqi və taxıl müqaviləsinin genişləndirilməsi olub.
Bundan əvvəl Ukrayna lideri bir sıra şərtlər irəli sürüb. Onların yerinə yetirilməsi münaqişəyə ədalətli, BMT Nizamnaməsi və beynəlxalq hüquq əsasında son qoymaq idi.
Bir neçə gün öncə Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, əsirlərin növbəti mübadiləsi zamanı Kiyev 45 hərbçini və daha iki əsgərin cəsədini geri qaytarıb. Belə ki, Ukraynanın Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahı hərbi əsirlərin azad edilməsinə yardım edib. /Lenta.ru
Jalə Demokrat.az


