Siyasət Özəl

“İrandakı dinsiz rejimlə əməkdaşlıq Ermənistanla əməkdaşlıqdan daha təhlükəlidir”

“İrandakı dinsiz rejimlə əməkdaşlıq Ermənistanla əməkdaşlıqdan daha təhlükəlidir”

“İrandakı rejim molla rejimi deyil, dinsiz rejimdir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

"Fikirləşirəm ki, biz oradakı rejimi molla rejimi adlandırmaqla, mollaları təhqir etmiş oluruq. Çünki son dərəcə dinə bağlı, imanlı nə qədər mollalarımız var. Məscidləri dağıdanlarla, içərisində donuz saxlayanlarla qol-boyun olanlarda və onlara dəstək verənlərdə aydındır ki, nə din, nə iman var. Ona görə də, onları molla rejimi adlandırmaq düzgün deyil" - deyə deputat qeyd edib.

Deputat İrandakı rejimin təsiri altında olan Azərbaycan vətəndaşlarından da danışıb:

"Onların təsiri altında olanlara gəldikdə isə həmin şəxslərin bir hissəsi yazıq adamlardır. Çünki onlar dindarlıqlarından gedib və dinsiz rejimin təsiri altına düşüblər. Fərqində deyillər ki, bu rejim dindən nə qədər uzaqdır. Bir hissəsi isə muzdludurlar. O muzdluları dövlət özü, uyğun orqanlar zərərsizləşdirəcək və zərərsizləşdirir. Düşünürəm ki, burada cəmiyyətin üzərində böyük məsuliyyət var. Cəmiyyət belələrinə yerlərini göstərməlidir. Konkret olaraq, onları tanıyan insanlar belələrinin sifətinə açıq şəkildə deməlidir ki, sən doğru yolda deyilsən. Əgər yanılıbsa, başa salmalıdır. Yox, muzdla çalışırsa, ona nifrətini bildirməlidirlər! Salam verməməlidirlər! Küçədə, çöldə, bayırda, harada görsələr təcrid vəziyyətində saxlamalıdırlar ki, ayılsınlar və olduqları yoldan qayıtsınlar. Bu gün İrandakı dinsiz rejimlə əməkdaşlıq Ermənistanla əməkdaşlıqdan daha təhlükəlidir, daha böyük rəzillikdir. Çünki o rejimin Azərbaycana qarşı düşmənçiliyi Ermənistanın düşmənçiliyindən daha böyükdür".

Nəzrin Demokrat.az

D
demokrat.az