İdman

"Qarabağ" 3 legionerlə yollarını ayırdı - FOTO

Qarabağ 3 legionerlə yollarını ayırdı - FOTO

Mövsümü çempion başa vuran "Qarabağ" üç futbolçusu ilə yollarını ayırıb.

Demokrat.Az milli.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Reynaldo Silva, İnnosent Emeqara və Yakub Jezniçakla başa çatan müqavilənin müddətini uzatmayıb.

Artıq Ağdam klubu "Facebook"dakı rəsmi səhifəsi vasitəsilə onlara təşəkkürünü bildirib.

Jezniçak 2017-ci ilin yayından Ağdam klubunda çıxış edirdi. Daha əvvəl də "Qarabağ"ın formasını geyinən İnnosent Emeqara ötən mövsümün əvvəlində, Reynaldo isə bu qış Azərbaycana qayıtmışdı.

Demokrat.Az

D
demokrat.az