Gündəm

Aleksandr Vilkul qaranlıq məqamlara aydın gətirir — Eynulla Fətullayevin Ukraynadan VİDEOMÜSAHİBƏSİ

Aleksandr Vilkul qaranlıq məqamlara aydın gətirir — Eynulla Fətullayevin Ukraynadan VİDEOMÜSAHİBƏSİ

Krivoy Roq Hərbi Administrasiyasının rəhbəri Aleksandr Vilkul tanınmış jurnalist Eynulla Fətullayevə müsahibəsində Rusiya-Ukrayna müharibəsindəki maraqlı məqamlara toxunub.

A.Vilkul, Ukrayna ilə Rusiya arasında başlayan savaşın illərlə davam edəcəyi qənaətindədir.

Məlumat üçün qeyd edək ki, Hərbi Administrasiya rəhbəri əvvəllər rusiyapərəst siyasətçi olub. O, Viktor Yanukoviçin hökumətində baş nazirin müavini vəzifəsini tutub.

24 fevralda müharibə başlayandan sonra Vilkul, Volodimir Zelenskini dəstəkləmək qərarına gəlib.

Yeri gəlmişkən, Vilkul - məşhur nəslin nümayəndəsidir. Atası Yuri Vilkul - Dnepropetrovskun keçmiş rəhbəri, Dnepr qruplaşmasının liderlərindən biridir.

Bu maraqlı müsahibəyə daha ətraflı aşağıdakı videodan baxa bilərsiniz:

D
demokrat.az