Hərbi Özəl

“Ordumuz güclü olsa, bizim nə İran, nə Rusiya, nə də Fransadan qorxumuz olmayacaq” — Polkovnik

“Ordumuz güclü olsa, bizim nə İran, nə Rusiya, nə də Fransadan qorxumuz olmayacaq” — Polkovnik

“Ermənistanda revanşist qüvvələr Azərbaycana qarşı yenə də silahlı müqavimət göstərmək arzusuyla yaşayırlar. Onun üçün də bizim yeganə gücümüz öz ordumuzu, silahlı qüvvələrimizi gücləndirməkdir. Təkcə sözdə yox, əməldə də gücləndirməliyik. Müasir silah-sursat, ən müasir təminat və təchizatla ordumuzu təmin etməliyik”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib. O qeyd edib ki, bu gün yetərincə bəzi məsələlərə diqqət yetirilmir.

“Ordumuz güclü olsa, bizim nə İran, nə Rusiya, nə də Fransadan qorxumuz olmayacaq” — Polkovnik
“Bu da yaxın zamanlarda baş verə biləcək toqquşmalar zamanı bizi pis vəziyyətə qoymamalıdır. Bu gün ölkə başçısı silahlı qüvvələrlə bağlı kifayət qədər xoş sözlər dedi. Bu kimlərinsə sakitləşdirməməlidir ki, hər şey idealdır, yüksək səviyydədir. Nizam-intizam baxımından görüləsi xeyli işlər var. Bəzi generalların, komandirlərin məsuliyyəti baxımından işlər görülməlidir.

Ölkə başçısının Şuşada səsləndirdiyi fikirlərin hamısına qatılıram. Cənab Prezident çıxışında Ermənistana havadarlıq edənlərə də xəbərdarlıq etdi. Yaxında olan ölkələrdən danışdı, sərhədddə təlim keçirənlərdən də danışdı. Aydın məsələdir ki, bu mesajlar kimə ünvanlanıb. Ona görə də, biz ordumuzu, silahlı qüvvələrimzi ən yüksək səviyyədə təmin etməliyik. Zabit və əsgərlərimiz heç nədən sıxıntı keçirməməlidir. Bizim yeganə ümid yerimiz silahlı qüvvələrimizdir. Biz onları qorumalıyıq, inkişaf etdirməliyik. Ordumuz güclü olacaqsa, bizim heç kimdən, nə İrandan, nə Rusiyadan, nə Ermənistandan, nə də onlara havadarlıq edən Fransadan heç bir qorxumuz olmayacaq”.

Aynurə Demokrat.az

D
demokrat.az