Bizə qələbəni yaşadanları biz də yaşadaq deyərək 27 sentyabrdan etibarən "Səhər Mərkəzi"ndə "Yaşat" Fonduna ianələr toplamaq üçün dəstək kompaniyasına başlanılıb.
44 gün boyunca səhərin qonağı olan məşhurlar şəhid və qazi ailələrinə dəstək olmaq üçün "Yaşat" Fondunun rəmzi zərflərinə ianələrini yerləşdirib, aparıcılarımız Afaq Gəncəli və Tural Əsədov isə ekran başındakıları da bu kompaniyaya qoşulmağa səsləyib.
Zəfər günündə verilişin heyəti toplanan 3235 Azn məbləğində olan ianəni ödəmə terminalı vasitəsilə "Yaşat" Fonduna köçürüb.
Bu gün bizə bu qürurlu qələbəni yaşadanları heç bir zaman unutmamalıyıq.
Zəfərimiz Mübarək!


