Gündəm Özəl

“Əli İnsanovdan bunu gözləmək olardı” — Deputat

“Əli İnsanovdan bunu gözləmək olardı” — Deputat

“Bu gün xalqımız tariximizin ən şərəfli günlərindən biri olan Zəfər gününün növbəti ildönümünü böyük qürurla qeyd edir. Bu, bizim qızıl tarixlərlə yazılan bayramımızdır. Bu gün dünyada olan 50 milyondan yuxarı azərbaycanlı möhtərəm cənab Prezidentin siyasətini dəstəkləyir və bəyənir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib. Deputat qeyd edib ki, Azərbaycanda əksər partiya rəhbərləri hakimiyyət partiyanın siyasətini dəstəkləyir.

“Ötən gün Əli İnsanov da İlham Əliyevin siyasi kursunu dəstəklədiyini bəyan etdi. Dünyada buna həqiqət anı, ədalət anı deyirlər. Həqiqət anı nə deməkdir? Hər bir insan, hər bir siyasətçi, hər bir partiya rəhbəri, hər bir ziyalı elə bir məqam gəlir başa düşür ki, həqiqət anında ən düzgün fikir söyləmək və dəstəkləmək vacib bir məsələdir. Sizə deyim ki, möhtərəm, cənab Prezidentin istər daxili siyasətini, istər xarici siyasətini milyonlarla azərbaycanlı dəstəkləyir. Mənə elə gəlir ki, Əli İnsanovdan bunu gözləmək olardı. Azərbaycanın özündə əksər siyasi partiya rəhbərləri cənab Prezidentin siyasətini dəstəkləyir. Bu, məntiqli və düşünülmüş addımdır. Hamıya da bəyan olunmalıdır ki, alternativ başqa bir siyasət ola bilməz. Bu, ən düzgün siyasətdir. Azərbaycan tarixində son 300 ildə ən böyük addımlar atılmış və ən böyük uğurlar qazanılmışdır. Bizim deputatlar və elə mən özüm də xaricdən hansısa diasporadan və ya adi bir insandan xəbər alarıq və həmin xəbərin məğzi də ondan ibarətdir ki, onlar Cənab Prezidentin siyasətini dəstəkləyirlər və onunla fəxr edirlər. Qürur hissi keçirdirlər ki, cənab Prezident müstəqil və milli maraqlarına kömək edən, milli maraqlarını dəstəkləyən siyasətini həyata keçirir”.

Aynurə Demokrat.az

D
demokrat.az