Siyasət Özəl

İsfəndiyar Vahabzadədən Əli İnsanovun bəyanatına İLK REAKSİYA

İsfəndiyar Vahabzadədən Əli İnsanovun bəyanatına İLK REAKSİYA

Xəbər verdiyimiz kimi, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov Azərbaycan Prezidentinin apardığı siyasi kursu dəstəkləməsi ilə bağlı fikirlər səsləndirib. O, qeyd edib ki, sədri olduğu partiya Prezident İlham Əliyevi dəstəkləmək qərarına gəlib.

Bununla bağlı Demokrat.az sabiq diplomat, Haqq Ədalət Partiyası sədrinin müavini İsfəndiyar Vahabzadənin fikirlərini öyrənməyə çalışıb. İ.Vahabzadə qısa açıqlamasında bunları deyib:

“Mən onun bəyanatı haqqında heç nə bilmirəm. Xahiş edirəm, zəng edin və onun özündən soruşun. Mənə bu barədə heç nə sual verməyin”.

Aynurə Demokrat.az

D
demokrat.az