Hadisə

Bakı-Qazax magistralında ağır qəza — Yük maşınları toqquşdu (VİDEO)

Bakı-Qazax magistralında ağır qəza — Yük maşınları toqquşdu (VİDEO)

Hacıqabulda “KamAZ” markalı yük avtomobili ilə TIR-ın toqquşması nəticəsində ağır yol qəzası baş verib.

BAKU.WS xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 135-ci kilometrliyində, rayonun Muğan qəsəbəsi ərazisində baş verib.

Məlumata görə, qəza nəticəsində sürücülərdən biri, Hacıqabul rayonunun Muğan kənd sakini, 1965-ci il təvəllüdlü Abdullayev Taqət Əhməd oğlu xəsarət alıb.

BAKU.WS qəza yerindən görüntüləri təqdim edir:

D
demokrat.az