Bu fikirləri Demokrat.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib. “Sadəcə olaraq belə bir vaxta düşdü. Təlimin özəlliyi ondan ibarətdir ki, əvvəllər bununla bağlı hansısa konkret səy göstərmirdilər. Amma bu dəfə təlimlərin məhz xüsusi təyinatlıların komandanı general-mayor Hikmət Mirzəyevin rəhbərliyi altında keçirildi. Bu mənada təlimi həm ermənilərə, həm də iranlılara bir mesaj kimi qəbul etmək olar. Belə götürəndə isə hansısa bir fors-major deyil. İran ordunun sayını da, səviyyəsini də çox yaxşı bilirik. Amma, bu, o demək deyil ki, biz İran qarşısında hansısa bir aciz durumdayıq və hansısa bir çıxış yolumuz yoxdur. Çıxış yolumuz var, olacaq da! Sadəcə İran yerində olmayan bəzi ritorikanı nümayiş etdirir. İstər-istəməz biz də bu və ya digər şəkildə münasibət göstəririk, amma təlimlər sırf İranla bağlı deyil. 2022-ci il üçün nəzərdə tutulan təlimlərdən biridir və səhv etmirəmsə, sonunculardandır”.